Sonuncu pərdə (2019)

Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin dostları” belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?

 

İş adamı Nəriman Bakının kənar məhəllələrindən birinin həyətində nəsə tikmək istəyir. Onun nə tikməsi konkretləşməsə də, bəlli olan odur ki, açacağı müəssisə, hər nədirsə, məhəllənin işsiz-gücsüz sakinlərini işlə təmin edəcək. Lakin sakinlərdən biri -  Fərman buna imkan vermir, onu fırıldaqçı hesab edir. Tərəflər arasındakı konflikt faciə ilə nəticələnir…

 

Filmin çəkilişləri Bakının Sabunçu qəsəbəsində aparılıb.

İstehsalçı ölkə:

Azərbaycan

İstehsalçı:

Art Film Baku

Müddət:

84 dəqiqə

Yaş həddi:

18+

İlk baxış tarixi:

18 oktyabr 2019

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir