Zaman adlı qatar (2016)

Bir-birini çox sevən İradə və Fuad cütlüyü gözlənilməz bədbəxtliklə üzləşir. İradə ağır xəstəlikdən vəfat edir. Lakin 5 yaşlı qızı Zeynəb səbirsizliklə onun yolunu gözləyir. Zeynəbin atası və nənəsi uşağa anasının artıq həyatda olmadığını izah etməyə çalışırlar, lakin qız inanmır və anasını gözləməyə davam edir. Sənubər xanım şəhərin lövhələrinin birində vəfat edən gəlininə çox oxşayan parlamaqda olan ulduz Leylanı görür. Bəlkə də İradə bu dünyadan gedərkən öz əkizi Leylaya əsas xəzinəsi - sevmək bacarığını qoyub gedib. Bəlkə də Fuad və Leylanın xoşbəxt olmaq üçün şansları var, Zeynəb isə yenidən anasına qovuşa bilər?

Film 2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilib.

Filmin çəkilişləri 2015-ci ilin iyun-iyul aylarında aparılıb.

İstehsalçı ölkə:

Azərbaycan

Müddət:

98 dəqiqə

Yaş həddi:

12+

İlk baxış tarixi:

07 mart 2016

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir