Ümumittifaq Televiziya Filmləri Festivalı


Keçirilmə tarixləri: 1966-1993
Keçirilmə yeri: SSRİ


Ümumittifaq Televiziya Filmləri Festivalı 1966-cı ildən SSRİ-də keçirilən televiziya filmləri müsabiqəsidir. Festival qısaldılmış şəkildə Ümumittifaq Telefestival olaraq da adlandırılıb.


I Ümumittifaq Televiziya Filmləri Festivalı (1966, Kiyev)

Festival noyabrın 28-dən dekabrın 10-dək Kiyevdə keçirilib. Festivalda 87 film - 29 bədii və 58 sənədli televiziya filmi təqdim olunub. 
Festival Oktyabrın 50 illiyinə həsr olunub və “Kommunizm ideyalarını təsdiq edən sənət naminə” devizi altında keçirilib.
Münsiflər heyətinin sədri SSRİ Mərkəzi Televiziyasının Ədəbi-Dram verilişləri Baş redaksiyasının rəhbəri N.Kartsov, festivalın təşkilat komitəsinin sədri SSRİ Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsinin sədr müavini Q.İvanov olub.


II Ümumittifaq Televiziya Filmləri Festivalı (1967, Moskva)

Festival dekabrın 9-dan 16-dək Moskvada keçirilib.
Müsabiqədə 62 televiziya və 9 kinostudiya iştirak edib, 62 film təqdim olunub.


III Ümumittifaq Televiziya Filmləri Festivalı (1969, Leninqrad)

Festival aprelin 10-dan 18-dək Leninqradda keçirilib. 
Müsabiqədə 39 televiziya və 7 kinostudiya iştirak edib.


IV Ümumittifaq Televiziya Filmləri Festivalı (1971, Minsk)

Festival 1971-ci ilin oktyabrında Minskdə baş tutub. 
Festivalda 94 televiziya filmi, o cümlədən 23 bədii film təqdim olunub. 
İlk dəfə olaraq festivalın bütün müsabiqə proqramı televiziyada yayımlanıb.


V Ümumittifaq Televiziya Filmləri Festivalı (1973, Daşkənd)

Festival 1973-cü ilin sentyabrında Daşkənd şəhərində keçirilib.


VI Ümumittifaq Televiziya Filmləri Festivalı (1975, Tbilisi)

Festival 1975-cü ilin noyabr ayında Tbilisi şəhərində keçirilib.


VII Ümumittifaq Televiziya Filmləri Festivalı (1977, Leninqrad)

Festival 1977-ci ilin sentyabrında Leninqradda keçirilib.
Festival Böyük Oktyabr Sosialist İnqilabının 60 illiyinə həsr olunub.


VIII Ümumittifaq Televiziya Filmləri Festivalı (1979, Bakı)

Festival 1979-cu ilin noyabr ayında Bakı şəhərində keçirilib.
Bədii televiziya filmi bölməsi:
Qran-Pri: “Odlu yollar” çoxhissəli televiziya filmi (SSRİ Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sifarişi ilə “Özbəkfilm” studiyası) və üç hissəli “Risk strategiyası” (“Ekran”) televiziya filmi
Sənədli filmlər üzrə Qran-Pri: “Xuraman” sənədli filmi (Azərbaycan televiziyası)
Musiqili filmlər üzrə Qran-Pri: “Bethovenin həyatı” (“Ekran”)
Münsiflər heyətinin Xüsusi mükafatı: “Azərbaycan iri addımlarla addımlayır” (Azərbaycan televiziyası)


IX Ümumittifaq Televiziya Filmləri Festivalı (1981, İrəvan)

Festival 1981-ci ilin oktyabr ayında İrəvan şəhərində keçirilib.
Uşaqlar üçün “Ən yaxşı film”: “Təkcə adanı özünlə apara bilməzsən...” (Azərbaycanfilm)


X Ümumittifaq Televiziya Filmləri Festivalı (1983, Alma-Ata)

Festival 1983-cü ildə Alma-Ata şəhərində keçirilib.


XI Ümumittifaq Televiziya Filmləri Festivalı (1985, Kiyev)

Festival sentyabrın 24-dən oktyabrın 1-dək Kiyevdə keçirilib. 
Müsabiqəyə 50-dən çoxu sənədli film olmaqla 138 film qatılıb.


XII Ümumittifaq Televiziya Filmləri Festivalı (1987, Minsk)

Festival 1987-ci il sentyabrın 7-dən 20-dək Minskdə baş tutub.


XIII Ümumittifaq Televiziya Filmləri Festivalı (1989, Düşənbə)

Festival 1989-cu ildə Düşənbə şəhərində keçirilib.


XIV Ümumittifaq Televiziya Filmləri Festivalı (1991, Saratov)

Festival 1991-ci ildə Saratov şəhərində keçirilib.


XV Ümumittifaq Televiziya Filmləri Festivalı (1993, Rostov-Na-Donu)

Festival SSRİ dağıldıqdan sonra – 19930cü ildə XV Açıq Televiziya Filmləri Festivalı adı ilə Rostov-Na-Donu şəhərində keçirilib.

   Ümumittifaq Televiziya Filmləri Festivalı