Qızıl Çıraq Milli Kino Mükafatı (Azərbaycan Milli Filmləri Müsabiqəsi)


 

Fəaliyyət illəri: 1991-2006

1990-cı illərin əvvəllərində Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan milli film müsabiqəsinin keçirilməsi haqqında qərar qəbul edib.

İlk müsabiqə 1991-ci ildə, ikincisi 1993-cü ildə, üçüncüsü isə 1995-ci ildə keçirilib.

Yalnız 8 ildən sonra - 2003-cü ildə o, öz işini bərpa edib. Elə həmin 2003-cü ildə müsabiqə “Qızıl çıraq” adını alıb və Təşkilat komitəsi eyniadlı kinomükafatı yaradıb, rəssam Mayis Ağabəyovun eskizi əsasında isə Qızıl Çıraq heykəlciyi hazırlanıb.

Sonuncu - V Qızıl Çıraq Milli Kino mükafatı 2006-cı ildə verilib.

 

I QIZIL ÇIRAQ MİLLİ KİNO MÜKAFATI (AZƏRBAYCAN FİLMLƏRİNİN I FESTİVAL-MÜSABİQƏSİ) (1991)

– “Ən yaxşı bədii film”: “Ölsəm, bağışla..” (Rasim Ocaqov)

– “Ən yaxşı sənədli film”: “Axırıncı addım” (Yavər Rzayev)

– “Ən yaxşı debüt”: “Ata” (Ayaz Salayev)

– “Ən yaxşı operator işi”: Nizami Abbas - “Axırıncı addım”

 

II QIZIL ÇIRAQ MİLLİ KİNO MÜKAFATI (AZƏRBAYCAN FİLMLƏRİNİN II FESTİVAL-MÜSABİQƏSİ) (1993)

- “Ən yaxşı film”: “Qəzəlxan” (Şahmar Ələkbərov)

– “Ən yaxşı sənədli film”: “Fövqəldünya və ya qəsdsiz məntiqi səhv” (Yavər Rzayev), “Naməlum torpaq” (Leyla Səfərova)

- “Ən yaxşı animasiya filmi”: “Bir dəfə” (Vahid Talıbov)

– “Tamağaçı rəğbəti mükafatı”: “Bəxt üzüyü” (Ramiz Əzizbəyli)

- “Ən yaxşı rejissor”: Rasim Ocaqov - “Təhminə”

- “Ən yaxşı operator”: Rafiq Quliyev, İsrafil Ağazadə, Nizami Abbas - “Fövqəldünya və ya qəsdsiz məntiqi səhv”

- “Ən yaxşı aktyor”: Loğman Kərimov - “Qəzəlxan”

- “Ən yaxşı aktrisa”: Zərnigar Ağakişiyeva - “Təhminə”

- “Azərbaycan kinosunun inkişafında xüsusi xidmətlərinə görə”: aktrisa Leyla Bədəlbəyli, rejissor Tofiq Tağızadə

- “Ən yaxşı hərbi kinematoqrafçı”: Nizami Abbas

 

III QIZIL ÇIRAQ MİLLİ KİNO MÜKAFATI (AZƏRBAYCAN FİLMLƏRİNİN III FESTİVAL-MÜSABİQƏSİ) (1995)

- “Ən yaxşı bədii film”: “Yarasa” (Ayaz Salayev)

- “Ən yaxşı cizgi filmi”: “Söhbətül əsmar” (Elçin Hami Axundov)

- “Ən yaxşı aktyor”: Rasim Balayev - “Yarasa”

- “Ən yaxşı operator”: Bağır Rəfiyev – “Yarasa”

- “Ən yaxşı rəssam”: Şamil Nəcəfzadə - “Yarasa”

– “Vətənpərvərlik mövzusunun ekranda təcəssümünə görə”: “Fəryad” (Ceyhun Mirzəyev)

– “Ən yaxşı videofilm”: “Sumqayıtın əks-sədası” (Davud İmanov)

 

IV QIZIL ÇIRAQ MİLLİ KİNO MÜKAFATI (2003)

30.12.2003 tarixində 16 nominasiya üzrə təqdim olunub.

- “Ən yaxşı bədii film”: “Ovsunçu” (Oktay Mir-Qasım)

- “Ən yaxşı sənədli film”: “9 dəqiqə” (Xamis Muradov, Tofiq Məmmədov)

- “Ən yaxşı cizgi filmi”: “Cavanşir” (Elçin Hami Axundov)

– “Ən yaxşı qısametrajlı film”: “Təsadüfi görüş” (Şamil Əliyev)

– “Ən yaxşı televiziya sənədli filmi”: “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” (Əli İsa Cabbarov), “Bizdə hər şey var” (Azər Əliyev)

- “Ən yaxşı debüt filmi”: “Vahimə” (Rüfət Əsədov)

- “Ən yaxşı rejissor”: Rasim Ocaqov - “Otel otağı”

- “Ən yaxşı ssenari”: Rüstəm İbrahimbəyov - “Ailə”

- “Ən yaxşı operator”: Kənan Məmmədov - “Ovsunçu”

– “Ən yaxşı rəssam”: Mayıs Ağabəyov - “Özgə vaxt”

– “Ən yaxşı aktyor”: Fuad Poladov - “Ovsunçu”

- “Ən yaxşı aktrisa”: Ayan Mirqasım - “Özgə vaxt”

- “Ən yaxşı səs həlli”: Əsəd Əsədov - “Ailə”

– Milli kinonun inkişafında böyük xidmətlərinə görə: Rasim Ocaqov

– “Ən yaxşı təbliğ işi”: Aydın Kazımzadə

– “Ən yaxşı tənqid işi”: Rəhman Bədəlov

 

V QIZIL ÇIRAQ MİLLİ KİNO MÜKAFATI (2006)

02.08.2006 tarixində təqdim olunub. 54 filmə baxış keçirilib, onlardan 35-i müsabiqəyə buraxılıb (2003-cü ildən sonra çəkilən filmlər).

- “Ən yaxşı bədii film”: “Əlvida, cənub şəhəri” (Oleq Səfərəliyev)

– ”Ən yaxşı sənədli film”: “Keçid” (Yusif Quliyev)

- “Ən yaxşı tammetrajlı sənədli film”: “Çıxış” (Nəsimi Məmmədoğlu)

- “Ən yaxşı cizgi filmi”: “Qarğa balası və özgə yuvası” (Rauf Dadaşov)

- “Ən yaxşı tələbə debütü”: “Neft” (Tatyana Əliyeva)

- “Ən yaxşı rejissor”: Mehriban Ələkbərzadə – “Ömrün sarı rəngi”

- “Ən yaxşı ssenari”: Rüstəm İbrahimbəyov “Əlvida, cənub şəhəri”

- “Ən yaxşı operator”: Rövşən Quliyev – “Çalış nəfəs alma”

- “Ən yaxşı bəstəkar”: Xəyyam Mirzəzadə - “Arxada qalmış gələcək”

- “Ən yaxşı aktyor”: Timur Bədəlbəyli - “Əlvida cənub şəhəri”

- “Ən yaxşı aktrisa”: Gülşad Baxşıyeva - “Yalan”

- Xüsusi mükafat “Bəşəriyyətə ən humanist göndəriş”: “Bir evin səsi” (Vaqif Behbudov), “Çalış, nəfəs alma” (Alina Abdullayeva)

- Milli kinonun inkişafında xidmətlərinə görə: Şəfiqə Məmmədova, Elmira Şabanova

- “Ən yaxşı tənqid və təbliğ işinə görə”: Azərbaycan televiziyasının “Kinoştrix” verilişi (baş redaktor Səyavuş Məmmədov, ssenari müəllifi Həmidə Ömərova, rejissor İman Məcidov)

- BŞİH Kino Xidməti İdarəsinin xüsusi mükafatı “Bakını tərənnüm edən ən yaxşı film”: “10 dəqiqə SSRİ-yə səyahət. Bakı” (Oktay Mir-Qasım)

- BŞİH Kino Xidməti İdarəsinin xüsusi mükafatı “Ana obrazının gözəl ifasına görə”: Elmira Şabanova

- BŞİH Kino Xidməti İdarəsinin xüsusi mükafatı “Yaddaqalan qadın obrazları yaratdığına görə”: Məleykə Ağazadə

 

   Qızıl Çıraq Milli Kino Mükafatı (Azərbaycan Milli Filmləri Müsabiqəsi)

Ünvan:

test