Abbasqulu Nəcəfzadə
Musiqi ifaçısı
Məsləhətçi
Musiqi ifasından istifadə olunub
Doğum tarixi:
01 dekabr 1957
Abbasqulu İsmayıl oğlu Nəcəfzadə Şamaxı rayonunun Qızmeydan (Astraxanovka) kəndində anadan olub. 16 saylı Uşaq Musiqi Məktəbində (1965-1974), Sumqayıt Musiqi Texnikumunda (1974-1978, kamança müəllimi, xalq çalğı alətləri orkestrinin rəhbəri), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (1978-1983, konsert ifaçısı, kamança müəllımi və xalq çalğı alətləri orkestrinin dirijoru) təhsil alıb. Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Konservatoriyasının professorudur.
