Adelaida Məmmədova
Məsləhətçi
Doğum tarixi:
22 avqust 1922
Vəfat tarixi:
25 aprel 2015
Adelaida İrza qızı Məmmədova Tbilisidə anadan olub. Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alıb. 1977-ci ildə Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova direktor təyin edilib. Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. “Şöhrət” ordeninə layiq görülüb. SSRİ Dövlət Mükafatı laureatıdır. Adelaida Məmmədova 2015-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.
Musiqiçi, ictimai xadim Adelaida Məmmədova bəstəkar Polad Bülbüloğlunun anasıdır.
