Adil Azay

Rejissor Rəssam Geyim rəssamı İkinci rejissor

Doğum tarixi:

12 fevral 1957


Adil Azay (Adil Azayev Çərkəz oğlu) Gəncədə anadan olub. Rostov Kino Texnikumunda (1972-1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində (1984-1989) təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında, daha sonra Azərbaycan televiziyasında çalışıb. ABŞ istehsalı olan “Ağrı” (2000, rejissor Oleq Harrincar) filmində rəssam kimi çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Əməkdar incəsənət xadimidir (2019).