Afaq Əbdülqızı

Ssenari müəllifi

Doğum tarixi:

22 fevral 1973


Afaq Əbdülqızı (Afaq Qəmbərova Əbdül qızı) Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix-şərqşünaslıq şöbəsində təhsil alıb (1995). AMEA-nın Tarix İnstitutunun Orta Əsrlər Tarixi şöbəsində çalışıb. Səfəvilər dövrünə dair elmi məqalələri ölkə mətbuatında və xarici jurnallarda çap edilib. Beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Bundan başqa məqalələr, hekayələr və bədii yazılarla dövri mətbuatda çıxış edib. Uzun illər müxtəlif televiziyalarla əməkdaşlıq edib. Lider TV-də redaktor, müəllif və aparıcı kimi fəaliyyət göstərib. 2014-cü ildən Xəzər Universiteti DÜNYA Məktəbində İctimaiyyətlə əlaqələr və Media koordinatoru vəzifəsində çalışır.