Afaq Əhmədova

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

14 avqust 1979


Afaq Arif qızı Əhmədova Bakıda anadan olub. “Gələcək zəkalar liseyində, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1996-2000) təhsil alıb.

1997-ci ildən Azərbaycan televiziyasında aparıcı kimi işə başlayıb. 2006-cı ilə qədər Xəbərlər və ictimai-siyasi proqramlar redaksiyasında aparıcı vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycantelefilm Yaradıcılıq Birliyində aparıcı-redaktor, sonra Kino proqramları və Dublyaj redaksiyasında şöbə müdiri vəzifəsinə təyin edilib. “Xəbərlər, Səhər, Dünya kino ulduzları,Kino-xəbərvə digər verilişlərin ssenari müəllifi və aparıcısı olub. Hazırda Telefilm studiyasının direktor müavinidir.