Ağadadaş Qurbanov

Aktyor

Doğum tarixi:

08 mart 1911

Vəfat tarixi:

22 iyun 1965


Ağadadaş Qurban oğlu Qurbanov Bakıda anadan olub.

1927-ci ildə “Dənizçilər klubu”nda Lətif Kərimlinin “Fırtına” pyesinin tamaşası oynanılmışdı. Bu tamaşanı hazırlayan məktəblilər arasında o da var idi. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulmuşdu. Həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib.

1952-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çıxış edib.

1965-ci ildə “Arşın mal alan” filmində Soltan bəy roluna çəkilən aktyor Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar faciəli şəkildə həlak olub.

Əməkdar artist (1943), Xalq artisti (1954) Ağadadaş Qurbanov Fəxri xiyabanda dəfn olunub.

Aktyor Ağadadaş Qurbanov müğənni, aktrisa Gülxar Həsənovanın həyat yoldaşıdır.

Aktyor Ağadadaş Qurbanov aktyor Hamlet Qurbanovun, aktrisa Gülşən Qurbanovanın və rəssam, animasiya rejissoru Firəngiz Qurbanovanın atasıdır.