Ağahüseyn Cavadov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

22 aprel 1894

Vəfat tarixi:

20 iyul 1981


Ağahüseyn Xəlil oğlu Cavadov Xırdalanda anadan olub. İlk təhsilini mollaxanada alıb, "Səadət" məktəbini bitirib (1919). Səhnə fəaliyyətinə 1920-ci ildən başlayıb. Bakı Azad Tənqid Təbliğ Teatrında (1921-1933), Gəncə Dram Teatrında (1933-1938), Azərbaycan Musiqili Komediya Teatrında (1938-1942), Milli Dram Teatrında (1942-dən sonra) işləyib. Əməkdar artist (1931), Xalq artisti (1938) Ağahüseyn Cavadov 1981-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.