Ağarza Quliyev
Rejissor
Ssenari müəllifi
Aktyor
Rejissor assistenti
Rejissor köməkçisi
Doğum tarixi:
22 dekabr 1898
Vəfat tarixi:
15 sentyabr 1976
Ağarza Səməndər oğlu Quliyev Lənkəranda anadan olub. Azərbaycan Teatr Məktəbində (1924), Kinofabrikin nəzdindəki kino emalatxanasında (1927) təhsil alıb. 1924-cü ildən kinoda aktyor kimi fəaliyyətə başlayıb. Sonralar kinorejissor kimi fəaliyyətini davam etdirib. Xarici film istehsalçılarının “Görüş” (1930, rejissor Qarsevan Qomarteli / Gürcüstan) filmində Ağarza Musayev rolunda, “Onüç” (1936, rejissor Mixail Romm / Rusiya) filmində Quliyev rolunda çəkilib. Dublyaj sahəsində də çalışıb. Əməkdar incəsənət xadimi (1960) Ağarza Quliyev 1976-cı ildə vəfat edib.
