Anatollu Qəniyev
Musiqi ifaçısı
Doğum tarixi:
10 fevral 1931
Vəfat tarixi:
01 oktyabr 1985
Anatollu Mirzə Heydər oğlu Qəniyev (Anadolu Qəniyev) Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olub.
Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb.
Azərbaycan Dövlət Radio Televiziyasının (1959) və T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti, 60-cı illərin əvvələrindən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Repertuarında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri geniş yer tutub. Bir çox mahnı ifaları ilə şöhrət qazanıb.
Anatollu Qəniyev 1985-ci ildə vəfat edib.
