Aqşin Evrən
Ssenari müəllifi
Doğum tarixi:
16 sentyabr 1990
Aqşin Evrən (Aqşin Səfərov Elşən oğlu) Əli Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.
Bakı Slavyan Universitetində təhsil alıb (2008-2012).
İlk şeirlər kitabı “Mənfi sənsiz dərəcə” 2017-ci ildə işıq üzü görüb. Şeirləri müxtəlif ölkələrdə tərcümə edilərək dərc olunub. XI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak edib (2019). Xəzər Süleymanlı ilə birlikdə yazdığı “Ayrılıqların təkrarı” romanı ilin ən çox satılan kitablarından olub (2021).
