Arif Quliyev

Aktyor Filmi səsləndirən Musiqi ifaçısı

Doğum tarixi:

16 may 1950

Vəfat tarixi:

07 may 1921


Arif Əli oğlu Quliyev Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1952-ci ildə uşaq evinə qoyulub. Bakı Mədəni Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində (1965-1968), Azərbayan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində (1973-1979) təhsil alıb.

Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayıb. Musiqili Komediya Teatrında (1975-1993), Milli Dram Teatrında (1993-cü ildən), bir müddət İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub.

“Humay” (1993), “Qızıl Dərviş” (2006), Zirvə (2012), “Sənətkar” (2014) mükafatları laureatıdır.

Əməkdar artist (1989), Xalq artisti (1993) Arif Quliyev 2021-ci ildə vəfat edib.