Arzu Əliyeva

Baş prodüser

Doğum tarixi:

23 yanvar 1989


Arzu İlham qızı Əliyeva Bakı şəhərində anadan olub. Bakı şəhəri 160 saylı məktəbdə, İsveçrə və Böyük Britaniyada təhsil alıb.

2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.

2015-ci ildən etibarən bir neçə filmin baş prodüseridir. Bakıda fəaliyyət göstərən ən böyük özəl audio-video istehsal şirkətinin - Bakı Media Mərkəzinin rəhbəridir.

“Korkut Ata” Türk Dünyası Film Festivalında “Türk dünyasına və türk mədəniyyətinə verdiyi töhfələrə görə “Şərəf” mükafatına layiq görülüb (2021 / Türkiyə).

Arzu Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qızıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Tağıyev. Neft Baş prodüser
  • Film Tağıyev. Çar Baş prodüser