Ayaz Qəmbərli
Doğum tarixi:
19 sentyabr 1984
Ayaz Vahab oğlu Qəmbərli Bakıda anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunda pianoçu (1999-2003), Bakı Musiqi Akademiyasının Bəstəkarlıq şöbəsində (2003-2007, Arif Məlikovun qrupu), Latviya Musiqi Akademiyasının Bəstəkarlıq şöbəsinin magistratura pilləsində (2019–2021, prof. Roland Kronlaks) təhsil alıb.
Dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarında uğurla iştirak edib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”na (2011), Bəstəkarların 29-cu Alea III Beynəlxalq müsabiqəsində I yerə (2011, Boston / ABŞ), Bəstəkarların 9-cu Franz Schubert und die Musik der Moderne at the Wayback Machine Beynəlxalq Müsabiqəsində I yerə (2014, Qraz / Avstriya), Bəstəkarların Mauricio Kagel adına Beynəlxalq Müsabiqəsində I yerə (2019, Vyana / Avstriya) layiq görülüb.
Prezident Mükafatçısıdır.
2011-ci ildən Bülbül adına Orta İxtisas Musiqi məktəbində bəstəkarlıq, alətşünaslıq və orkestrləşdirmə fənləri üzrə dərs deyir.
