Ayaz Salayev

Rejissor Ssenari müəllifi Aktyor Redaktor Məsləhətçi İcraçı prodüser Kinoşünas

Doğum tarixi:

01 avqust 1960


Ayaz Ramiz oğlu Salayev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb (1977-1982). ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, “Müasir film” fənnindən dərs deyib (1986-1988). Dünya kinosunun tarixinə aid 200-ə qədər televiziya verilişlərinin müəllifidir (“Retro” - 1979-1985, Anlam” - 1998-2000).

Azərbaycan Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor vəzifəsində (1983-1985, 2020), “İnternyus-Azərbaycan”da çalışıb. “Yarasa filmi Beynəlxalq Avropa Kinosu Festivalında Qran Priyə (Anje / Fransa) və digər nüfuzlu mükafatlara layiq görülüb. Almaniya-Rusiya istehsalı olan “Mühacir” (2010, rejissor Yevgeni Epşteyn) filmində çəkilib. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Əməkdar incəsənət xadimidir (2000). Tərəqqi medalı ilə təltif olunub (2023).