Aydın Əliyev
Aktyor
İkinci rejissor
Rejissor assistenti
Mətn düzümü
Filmi səsləndirən
Doğum tarixi:
15 mart 1955
Aydın Allahverdi oğlu Əliyev Qərbi Azərbaycanın Vedi rayonunun Arazdəyən kəndində anadan olub.
İrəvan kənd Təsərrüfatı Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
İrəvan Dövlət Dram Teatrında (1975-1982), Şəki Dövlət Dram Teatrında (1982-1986), Naxçıvan Dövlət Musiqili Dram Teatrında (1986-1992) çalışıb. 1993-cü ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində çəkilib.
Əməkdar artistdir (2002). “Tərəqqi” medalı ilə təltif olunub (2013).