Aydın Dadaşov
Doğum tarixi:
01 mart 1952
Vəfat tarixi:
15 mart 2017
Aydın Ərşad oğlu Dadaşov Ağdamda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisad fakültəsində (1972), Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunun Dram sənəti fakültəsində (1980), Ümimittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq və ssenari kurslarında (1982) təhsil alıb. 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və redaktor kimi çalışıb. 1989-cu ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, 2000-ci ildən dosenti, 2006-cı ildən isə professoru olub. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasının rəhbəri olub. Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi (2005) Aydın Dadaşov 2017-ci ildə vəfat edib, Xırdalan qəbiristanlığında dəfn olunub.
Ssenarist, rejissor, kinoşünas Aydın Dadaşov prodüser Orxan Dadaşovun atasıdır.
