Aydın Qurbanoğlu

Ssenari müəllifi Redaktor Yaradıcı heyətin üzvü

Doğum tarixi:

08 noyabr 1935

Vəfat tarixi:

29 yanvar 2020


Aydın Qurbanoğlu (Aydın İbrahimov Qurban oğlu) Tovuz rayonunun Cəlilli kəndində anadan olub.

Bir müddət Tovuzda nəşr olunan “Həqiqət” qəzeti ilə əməkdaşlıq edib. Qəzetin nəzdində fəaliyyət göstərən ədəbi birliyin üzvü olub. Sonradan Sumqayıt şəhərinə gələrək zavodların birində çalışıb.

Azərbaycan Dövlət Universitetinində təhsil alıb. Təhsilini bitirdikdən sonra 1966-cı ildən Azərbaycan televiziyasında ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktor və birlik rəhbəri kimi müxtəlif vəzifələrdə işləyib.

Gənc yaşlarından əbədi yaradıcılıqla məşğul olub. Şeirləri mətbu orqanlarda dərc olunub. “Kəhkəşan” (1977), “Araz üstə nar bağı” (1985) “Ağ işıq” (2009) adlı kitabların müəllifidir.

Uzun müddət “Koroğlu” dastanıyla bağlı araşdırmalar aparıb, araşdırmaları özündə əks etdirən “Koroğlu” adlı kitabı nəşr olunub (2015).

Aydın Qurbanoğlu 2020-ci ildə vəfat edib.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abbas və Gülgəz Ssenari müəllifi
  • Film Abşeron gizlinləri Ssenari müəllifi