Aynur Əhmədova
Aktrisa
Doğum tarixi:
17 sentyabr 1975
Aynur Əhməd qızı Əhmədova Lənkəran şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissorluğu fakültəsində təhsil alıb (1992-1997).
1996-1997-ci illərdə Akademik Milli Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. İlk dəfə səhnəyə “Ah, Paris, Paris” komediyasında bir neçə epizodik rolla çıxıb. 1998-ci ildən Lənkəran Dövlət Dram Teatrında işləyir.
Lənkəran televiziyasında Xəbərlər departamentində xəbər aparıcısı və redaktoru kimi çalışıb, bir neçə layihənin müəllifi və aparıcısı olub (1999-2008).
Lənkəran şəhərində keçirilən ümumrayon tədbirlərinin aparıcısıdır.
