Ayşad Səfərəliyev
Doğum tarixi:
22 avqust 1990
Ayşad Elşən oğlu Səfərəliyev (Ayşad Səfərəli) Yevlaxda anadan olub. Respublika İncəsənət Gimnaziyasının Rəssamlıq fakültəsində (2007), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tədbirlər rejissoru ixtisasında (2007-2011), Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq kursunda (2012-2014, A.Proşkinin emalatxanası) təhsil alıb.
“İdeal” qəzet və jurnalında dizayner (2005-2006), Lider TV-də işıq üzrə rəssam (2008-2012), Lider TV-nin Moskva filialında rejissor, videooperator (2012-2014), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində rejissor (2018-2020) olaraq çalışıb.
2022-ci ildən Cinemedia şirkətinin təsisçisi və rəhbəridir.
Rəsm əsərləri və filmləri yerli və beynəlxalq festival və sərgilərdə qalib olub.
