Büllur Məmmədova
Doğum tarixi:
06 iyul 1989
Büllur Cavad qızı Məmmədova (Büllur Cavadqızı) Bakıda anadan olub.
26 saylı uşaq musiqi məktəbinin Fortepiano ixtisasında (2002-2007), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (2007-2011) təhsil alıb.
2007-ci ildə “Tələbə press” qəzetində müxbir vəzifəsində işləməyə başlayıb. İctimai televiziyada yayımlanan “İrsin xilası” verilişinin prodüseri, redaktoru və layihə rəhbəri olub (2010-2011). 2010-cu ildə “Büllur-studio” şirkətini təsis edib. Bu studiyada 100-dən çox sənədli film hazırlanıb. 2018-ci ildə “Büllur-studio” “Vətən TV Media Şirkəti” adlandırılıb. 2017-ci ildən Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin təsisçisi, 2008-ci ildən “Gənclərin Anti-Narkomaniya” İctimai birliyinin sədr müavini, 2020-ci ildən sədridir. Narkomaniya sahəsi üzrə ekspert-təlimçi kimi fəaliyyət göstərir. 2019-cu ildən aktualtv.az saytının redaktorudur.
Ssenarist Büllur Məmmədova rejissor Etibar Məmmədovun həyat yoldaşıdır.