Camal Yusifzadə

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

19 avqust 1941

Vəfat tarixi:

16 yanvar 2017


Camal Yusif oğlu Yusifzadə (Camal Bağırov) Lənkəranda anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Lənkəranda “Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. Orta məktəbdə tarix müəllimi, Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor (1966-1972), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, şöbə müdiri (1972-1990), Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini (1991-1998), “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru vəzifələrində işləyib. Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. İlk şeiri Lənkəranın “Leninçi” qəzetində dərc edilib (1963). “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub. Əməkdar jurnalist (2006) Camal Yusifzadə 2017-ci ildə vəfat edib, Lənkəranda dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abşeron lövhələri Ssenari müəllifi