Cəfər Behbudov
Musiqi ifaçısı
Doğum tarixi:
17 avqust 1951
Vəfat tarixi:
26 sentyabr 2019
Cəfər Ağaəli oğlu Behbudov Bakıda anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb.
1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi “Hicaz” qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının, daha sonra isə Azərbaycan televiziyasının solisti olub.
1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçüb, ömrünün sonunadək orada yaşayıb.
Cəfər Behbudov 2019-cu ildə Ukraynanın Kiyev şəhərində vəfat edib, orada dəfn olunub.
Müğənni Cəfər Behbudov aktrisa Nəcibə Behbudovanın oğludur.
