Cümşüd Zeynalov

Aktyor

Doğum tarixi:

02 oktyabr 1982


Cümşüd Zeynalov Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

Hüseyn Arif adına musiqi məktəbinin qarmon sinfində (1994-1999), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr aktyorluğu fakültəsində (2003-2007) təhsil alıb.

Bakı Bələdiyyə Teatrında (2007-2008), Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında (2012-2014) çalışıb.

2012-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur.

Xarici film istehsalçılarının “Tacirlər” (2009 / İran“) serialında polis rolunda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində Yəhyaqulu rolunda çəkilib. “Cırtdan Meqa Şou”sunda div rolunda iştirak edib (2019-2020).