Davud İmanov

Rejissor Ssenari müəllifi Prodüser Aktyor

Doğum tarixi:

20 may 1945

Vəfat tarixi:

20 sentyabr 2002


Davud Hüseyn oğlu İmanov Qazaxıstanın Akmola rayonunda anadan olub. Ailəsi 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdıb, Sumqayıtda məskunlaşıblar.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1979-1984).

1962-ci ildən Sumqayıt Mədəniyyət Evində göstərilən həvəskar tamaşaların fəal iştirakçılarından biri olub. 1967-ci ildən etibarən rejissor kimi fəaliyyət göstərib və tamaşalar səhnələşdirib. Həmçinin müxbir kimi də fəaliyyət göstərib. Kurs işi olaraq çəkdiyi “Peşəsi - aktrisa” (1981) sənədli filmi Moskvada əks-səda doğurub. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor kimi sənədli filmlər ekranlaşdırıb (1984-1994). “Mir” Dövlətlərarası Televiziya Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru işləyib (1995-2002).

Davud İmanov 2002-ci ildə vəfat edib.