Dilarə Fərəcullayeva
Aktrisa
Doğum tarixi:
29 sentyabr 1957
Dilarə Rəhim qızı Fərəcullayeva Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1975-1979, Rza Təhmasibin kursu).
Sumqayıt Dövlət Dram Teatrında (1979-1987), Bakı Bələdiyyə Teatrında (1992-1997), Azərbaycan Dövlət Gənclər Teatrında (1997-2009) aktrisa kimi çalışıb.
2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Aktrisa Dilarə Fərəcullayeva musiqi ifaçısı, aktyor Azad Fərəcullayevin anasıdır.
