Əhməd Cəfərov
Kaskadyor
Aktyor
Tryukların quruluşu
Xüsusi səhnələrin quruluşu
Doğum tarixi:
18 aprel 1980
Əhməd Həsənağa oğlu Cəfərov Bakıda anadan olub. Türkiyədə ərəb-fars dilləri üzrə təhsil alıb. Uşaq yaşlarından filmlərin sınaq çəkilişlərində iştirak edib, kinoya olan marağı da məhz uşaqlıq illərinə təsadüf edir. Filmlərdə kaskadyor, aktyor kimi çəkilir. Rusiya film istehsalçılarının “Dronqo” (2002, rejissor Zinoviy Royzman), “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev), “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov) seriallarında kaskadyor kimi çalışıb. Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvüdür. Müəllimi Əli Məmmədovla birgə çalışır.

Filmoqrafiya
Poster
Filmin adı
Filmdə statusu
-
Səma ilə görüş Rollarda, Xüsusi səhnələrin quruluşu
-
Azərbaycan Atabəyləri Kaskadyor