Eldəniz Quliyev
Doğum tarixi:
20 aprel 1952
Eldəniz Cümşüd oğlu Quliyev Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1974-1979), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1979-1981, A.Tarkovski, V.Yejov, O.İoselianinin yaradıcılıq emalatxanası) təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib.
“Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şuranın, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), “Debüt” studiyasının baş redaktoru (1987-1992), “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib.
2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalılar Birliyinin sədridir.
“Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz”, “Mürşüd kişi niyə susur?”, “İstək” və s. dram əsərləri Respublika teatrlarında tamaşaya qoyulub. “Ağ yuxu” hekayələr toplusu (1985), “Kölgəsiz adam” hekayə və povestlər kitabı (1998), “Rasim Balayev” (1999), “İşartı” (2019) kitabları nəşr olunub
Ssenarist Eldəniz Quliyev aktrisa Xalidə Quliyevanın həyat yoldaşıdır.
Ssenarist Eldəniz Quliyev rejissor Nəcəf Quliyevin atasıdır.

Filmoqrafiya
-
Abşeronda subtropik bitkilər Ssenari müəllifi