Ələkbər Əliyev
Doğum tarixi:
29 dekabr 1975
Ələkbər Hüseynbala oğlu Əliyev Bakıda anadan olub. 1994-cü ildən “Şən və Hazırcavablar Klubu”nun bir çox komandalarında iştirakçı olub. 1998-ci ilin KVN üzrə Azərbaycan çempionudur. Həmin ildə “Parni iz Baku” KVN komandasına dəvət alıb. 2000-ci ildə “Parni iz Baku” KVN komandasının tərkibində “XX əsrin 10 ən güclü KVN komandaları” turnirinin qalibi olub. 2000-ci ildən aktyor və ssenarist kimi “Oqni Baku” KVN komandasının yaradıcılarından olub. KVN Birinci Liqasının finalçısı (2000) və Ukrayna Liqasının yarıfinalçısıdır (2001). Aktyor və ssenarist kimi çempionluqların sayına görə rekord sahibidir. Azərbaycan və Rusiya televiziya kanallarının müxtəlif layihələrində də çalışıb. Rusiya film istehsalçılarının “Yasmin” (2013, rejissorlar Kseniya Zaruckaya, Vyaçeslav Kaminski) filmində Rasim rolunda aktyor və kütləvi səhnələr üzrə rejissor kimi, “Səksənlər-4” (2014, rejissor Yuliya Levkina) filmində aktyor kimi, “Səksənlər-5” (2015, rejissor Filipp Korşunov) filmində aktyor kimi, “Kilimancara” (2018, rejissor Yekaterina Teleqina) filmində ikinci rejissor kimi çalışıb.2007-ci ildən “Planet Parni iz Baku” KVN teatrının ssenari müəllifi və aktyorudur. “Parni iz Baku” KVN komandasının ənənəvi aprel konsertlərinin ssenari müəllifidir. 2016-cı ildən həm də Bakı Bələdiyyə Teatrının aktyorudur.

Filmoqrafiya
-
#yoxdubeləsöhbət Rollarda