Elmira Əzizxanlı
Prodüser
İcraçı prodüser
İkinci rejissor
Doğum tarixi:
02 yanvar 1993
Elmira Məmmədxan qızı Əzizxanlı Bakıda anadan olub.
Türkiyə Təqaüd Proqramı çərçivəsində Kino və televiziya ixtisası üzrə Səlcuq Universitetində, eyni ixtisas üzrə Anadolu Universitetinin magistraturasında, Litvadakı Vilnüs Universitetində dəyişim proqramı çərçivəsində (2015) təhsil alıb.
Əmək fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında Rəqəmsal marketinq mütəxəssisi qismində başlayıb. Sənədli film festivalında layihə meneceri, film çəkilişində ikinci rejissor kimi fəaliyyət göstərib.
2024-cü ildə Almaniya Federativ Respublikasının Baden-Vüttemberq Film Akademiyasında Beynəlxalq kino istehsalatı proqramına qəbul olunub. Hazırda prodüser təhsili alır.
