Elnarə Xəlilova
Doğum tarixi:
01 oktyabr 1980
Elnarə Sabit qızı Xəlilova Bakıda anadan olub.
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində (1997-2001), Milli Konservatoriyada təhsil alıb.
2000-cı ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra “Şərq Ulduzları” uşaq teatrında çalışıb. Sonradan “Elnarə və onun dostları” qrupunu yaradıb. 2003-cü ildə “SS Production” şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı “Sənsizəm” olub. Həmin il “Qəm otağı” adlı ilk klipi işıq üzü görüb. “Gənc Sim”, “Pantene Pro-V” markalarının Azərbaycanda siması olub.
