Elnurə Kazımova
Rejissor
Doğum tarixi:
09 avqust 1977
Elnurə Valeh qızı Kazımova (Elnurə Valeh) Tovuzda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Televiziya rejissoru (bakalavr) və Televiziya ve kino rejissoru (magistr) ixtisasında təhsil alıb.
Əmək fəaliyyətinə Azərbaycan televiziyasından başlayıb, Ədəbi dram verilişləri baş redaksiyasnda və “Sabah” Yaradıcılıq Birliyində çalışıb. 2010-cu ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində ali dərəcəli rejissordur.