Elşad Xose
Aktyor
Musiqi ifaçısı
Doğum tarixi:
25 sentyabr 1979
Elşad Xose (Elşad Əliyev) Bakıda anadan olub.
Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb. 2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanıb. Albomun buraxılışından sonra yaradıcılığına fasilə verib, Rusiyanın Moskva şəhərinə köçüb. Daha sonra yenidən Bakıya qayıdıb.
