Elşən Rüstəmov
Doğum tarixi:
22 yanvar 1971
Elşən Mərdan oğlu Rüstəmov Masallıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Moskvada Texniki-Tikinti Texnikumuna qəbul olunub (1988). İl yarım orada qaldıqdan sonra Bakıya qayıdıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsində təhsil alıb (1990-1995).
1993-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur.
Xarici istehsalçıların “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya, Əli Qasım rolunda), “Studentı İnternational” (2006, rejissor Olqa Perunovskaya / Rusiya, Zaur rolunda) filmlərində çəkilib.
Əməkdar artistdir (2012).

Filmoqrafiya
-
İmtina Rollarda
-
Tağıyev. Neft Rollarda
-
Tağıyev. Çar Rollarda