Emil Nəcəfov
Doğum tarixi:
16 mart 1980
Emil İslam oğlu Nəcəfov İrəvanda anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb (1996-2000).
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (1998-2002), “M group production”da xətt prodüseri (2002-2004), icraçı direktor (2004-2006), “No Problem” MMC-də prodüser (2006-2007), “Made in Baku Production”da prodüser (2007-2009), “Ultra Productio”da prodüser (2010-2022), “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (2022-2024) olaraq çalışıb. “M group production”un istehsalı olan “Mərc Şou” və “Maşın Şou” TV lahiyələrinin icraçı direktoru, bir çox xarici filmlərin ölkə ərazisində çəkilişinin təşkilatçısı, prodüseri və ko-prodüseri olub. Prodüseri olduğu filmlər müxtəlif beynəlxalq festivallarda iştirak edib və mükafatlara layiq görülüb.
“Rental Azerbaijan” şirkətinin təsisçisi, “Ultra Production”ın prodüseridir.

Filmoqrafiya
-
Sabiri düşünərkən... İcraçı prodüser
-
Mən burdayam, İlahi! Ko-prodüser
-
Hasar Prodüser