Ərtoğrul Kamalov

Rejissor Ssenari müəllifi Aktyor Filmi səsləndirən

Doğum tarixi:

01 oktyabr 1990


Ərtoğrul Budaq oğlu Kamalov (Ər-Toğrul / Toğrul Kamalov) Laçının Qoşasu kəndində  anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu fakültəsində təhsil alıb (2008-2012).

“Yuğ” Dövlət Teatrında aktyor (2010-2015, 2016-2017), Dərbənd Azərbaycan Dövlət Dram Teatrında baş rejissor (2015-2016), Akademik Musiqili Teatrda quruluşçu rejissor (2020-2022), Xəzər televiziyasında rejissor (2018-2019), Azərbaycan televiziyasında rejissor (2019-2022), REAL TV-də radio aparıcısı (2022),  Baku TV-nin əməkdaşı (2022-2024) olub.

Hazıra Barometr TV-nin təsisçisi və direktorudur.