Eşqin Quliyev
Aktyor
Doğum tarixi:
27 avqust 1986
Eşqin Novruz oğlu Quliyev Sumqayıtda anadan olub.
Səid Rüstəmov adına Musiqi Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsində (2014) təhsil alıb.
Bakı Kamera Teatrında musiqi rejissoru və aktyor (2005-2009), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2009) aktyor kimi çalışıb.
Rusiya istehsalı olan “SSRİ-də doğulmuş” (2007), “Arxada kölgə” (2019) seriallarında çəkilib.
Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır.