Etibar Əsədli

Bəstəkar Musiqi tərtibatçısı Aktyor

Doğum tarixi:

12 may 1992


Etibar Sahib oğlu Əsədli Bakıda anadan olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində, Fransanın CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzində (2015-2018) təhsil alıb.

Beynəlxalq müsabiqələr laureatıdır.

İlk dəfə olaraq bütün Azərbaycanın Milli musiqi alətlərini elektronlaşdıraraq yeni virtual alətlər proqramı yaradıb. Bu virtual səslər vasitəsilə Azərbaycanın istənilən musiqi alətini elektron ifa etmək mümkündür.

İlk dəfə olaraq Natural Pianonu Azərbaycanın milli muğamları üzərinə kökləyib yeni “Mikrotonal Piano” aləti hazırlayıb. Bu piano vasitəsilə yalnız muğamlarda olan xüsusi səsləri yəni, kamança, tar, ud, tütək, balaban, zurna alətlərindəki mikro səsləri ifa etmək mümkündür.

İlk dəfə olaraq Azərbaycan muğamlarını elektron janrlara uyğunlaşdırıb Dubstep, HipHop, Deep House kimi janrlarda işləyib.

2018-ci ildə “Psikodelik Muğam” layihəsi hazırlayıb. “Projects” adlı albomun və “Second Sex” sinqlının müəllifidir.

Hazırda Fransanın Paris şəhərində yaşayır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Tağıyev. Neft Bəstəkar
  • Film Tağıyev. Çar Bəstəkar