Fahir Səmədoğlu

Operator İkinci operator Rejissor Ssenari müəllifi Yaradıcı heyətin üzvü

Doğum tarixi:

13 iyul 1989


Fahir Səmədoğlu (Fahir İmamquliyev Səməd oğlu) Qazax (Ağstafa) rayonunun Qırılı kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinooperatorluq üzrə təhsil alıb.

“Internews Azerbaijan”da operatorluq kursları keçib.

2009-cu ildən Turkel TV-də quruluşçu operator, TTV və ARB 24 kanalında baş operator, Aranfilm Yaradıcılıq Mərkəzində quruluşçu operator, “Medicalmedia” və Səhiyyə TV-də baş operator vəzifəsində çalışıb.

Türkiyə istehsalı olan “Yanlış anlama” (2017, rejissor Ulaş Cihan Şimşek), “Aprel” (2021, rejissor İbrahim Bülbül) filmlərinin çəkilişində operator kimi iştirak edib.

Region TV-nin tanıtım filminin (2013, RTV), “Qaşıq-qaşıq möcüzə” televiziya layihəsinin (2019, Mediabalans) operatoru olub.

Aljazeera TV üçün çəkilmiş “Dünya ölkələrinə səyahət” filminin Azərbaycan hissəsinin çəkilişlərini həyata keçirib.

AzTV-də yayımlanan “Molla Nəsrəddin” bədii televiziya layihəsinin, həmçinin “Unudulmazlar” (2024) sənədli filmlər silsiləsinin operatoru olub.

Həmçinin bədii filmlərin, klip və reklam çarxlarının istehsalı ilə məşğuldur.

CNF prodakşnla, TRT Avaz ilə əməkdaşlıq edir.

“Şans media”da quruluşçu operator kimi çalışır.

Mədəniyyət və Sənətkarlıq üzrə Peşə liseyində məllimdir.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Azərbaycan Atabəyləri İkinci operator