Fərqanə Quliyeva
Doğum tarixi:
29 aprel 1957
Vəfat tarixi:
22 sentyabr 2022
Fərqanə Tələt qızı Quliyeva Bakıda anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq şöbəsində təhsil alıb (1975-1979, Yevgeni Matveyevin kursu).
Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib.
Rusiya film istehsalçılarının “Silah” (2008, rejissor Aleksandr Kasatkin) serialında çəkilib.
Uzun müddət Bakı Xoreoqrafiya Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.
Fərqanə Quliyeva 2022-ci ildə vəfat edib.
Aktrisa Fərqanə Quliyeva rejissor Cavidan Şərifovun anasıdır.
