Fidan Axundova

Aktrisa

Doğum tarixi:

18 sentyabr 1977


Fidan Elmar qızı Axundova Bakıda anadan olub.

2 saylı tibb məktəbində (1994-1996),  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində (1998-2002) təhsil alıb.

Müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib (1996-1998). ADMİU-da tələbə ikən Akademik Milli Dram Teatrına dəvət olunaraq Nəbi Xəzrinin “Burla xatun” dramının tamaşasında Banu Çiçək rolunu oynayıb (1999). 2004-cü ilə qədər burada çalışıb. Azad Azərbaycan Televiziyasında (ATV), Lider televiziyasında, Xəzər TV-də aparıcılıq edib.

Aktrisa Fidan Axundova aktrisa Aydan Axundzadənin bacısıdır.