Fuad Əliyev
Rejissor
Doğum tarixi:
27 avqust 1978
Fuad Tofiq oğlu Əliyev Şabranda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1995-1999).
ANS TV-də baş rejissor (2000-2005), İctimai televiziyada (2005-2007), AzTV-də (2007-2008) rejissor kimi çalışıb.
Hazırda Ukraynada fəaliyyət göstərir, СТБ televiziya kanalının baş rejissorudur.