Günay Əhməd

Aktrisa Kastinq rejissoru (Aktyorlarla iş üzrə rejissor)

Doğum tarixi:

02 sentyabr 1985


Günay Əhməd (Günay Əhmədova / Günay Məmmədova) Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə, 1992-ci ildə Bakı şəhərinə köçüblər.

1992-ci ildə “Karate Do”, daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənib.

Bakı Mədəni-Maarif Texnikumunun Kütləvi tədbirlər rejissoru fakültəsində təhsil alıb (2002-2005).

“CNF production”da prodüser kimi çalışıb (2005-2006). Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilib.

2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edib.

2014-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdindəki studiyada fəaliyyət göstərib. 2015-ci ildə “M-Teatr”ın üzvü olub.

Hazırda “M-Teatr” ilə yanaşı seriallarda və filmlərdə çəkilir.

 2020-ci ildən “Actors Agency” aktyor agentliyi ilə əməkdaşlıq edir.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Azərbaycan Atabəyləri Rollarda
  • Film Səriyyə Rollarda
  • Film Bəlkə də... Rollarda