Hacıməmməd Qafqazlı

Aktyor

Doğum tarixi:

22 mart 1898

Vəfat tarixi:

21 sentyabr 1982


Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Hacıməmməd Quliyev) Lənkəranda anadan olub. 1902-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Mollaxanada, 7-ci rus-müsəlman məktəbində, Bakı Teatr Məktəbində (1926) təhsil alıb.

14 yaşında Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq rejissor kimi fəaliyyət göstərib. Abbas Mirzə Şərifzadə onu Milli Dram Teatrına dəvət edib. O vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. Teatrda ilk rolu “Uçurum” (Hüseyn Cavid) pyesində olub. 1930-cu illərdə Daşkənd Teatrının inkişafında əməyi olub.

Özbəklər Hacıməmmədi Qafqazdan gəldiyi üçün “Qafqazlı” olaraq çağırmağa başlayıblar.

Xarici film istehsalçılarının “Tehran-43” (1980, rejissorlar Aleksandr Alov, Vladimir Naumov / Rusiya, Fransa, İsveçrə) filmində çəkilib.

Əməkdar artist (1943) Hacıməmməd Qafqazlı 1982-ci ildə vəfat edib.