İmran Qasımov
Doğum tarixi:
25 noyabr 1918
Vəfat tarixi:
20 aprel 1981
İmran Haşım oğlu Qasımov Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Moskvada Ali ssenari kurslarında təhsil alıb.
Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin birinci müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi (1975-1981) vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1938-ci ildə ssenarist və dramaturq kimi başlayıb. 20-dək rоman, pоvest və hekayə kitabının müəllifidir. “Sən nə üçün yaşayırsan”, “Dairəni genişləndirin”, “İnsan məskən salır”, “Хəzər üzərində şəfəq”, “Ömrümüz qısadır” pyesləri tamaşaya qоyulub. “Uzaq sahillərdə” (1954), “İllər keçir” (1968), “Fransız qobeleni (Yol qeydləri)” (1970), “İtaliya mozaikası” (1972) və s. kitabların müəllifidir.
Əməkdar incəsənət xadimi (1960), Xalq yazıçısı (1979), Dövlət mükafatı laureatı (1980) İmran Qasımov 1981-ci idə vəfat edib, I Fəxri Xiyabanda dəfn olunub.

Filmoqrafiya
-
Abşeron ritmləri Ssenari müəllifi