Kamil Nəcəfzadə
Doğum tarixi:
29 dekabr 1929
Vəfat tarixi:
29 iyun 2011
Kamil Nəcəf oğlu Nəcəfzadə Lənkəranda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1943-1948), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kino rəssamlığı fakültəsində (1949-1955) təhsil alıb. 1955-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Knyaz” (1964), Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun “Fərhad və Şirin” (1974) tamaşalarına tərtibat verib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub, ömrünün sonunadək yaradıcılıqla pedaqoji fəaliyyəti uğurlu şəkildə əlaqələndirib. Əməkdar incəsənət xadimi (1976), Çeçen-İnquş Əməkdar incəsənət xadimi (1964), Xalq rəssamı (1987), iki dəfə Dövlət mükafatı laureatı (1980, 1985), “Şöhrət” ordeni laureatı Kamil Nəcəfzadə 2011-ci ildə vəfat edib.
Rəssam Kamil Nəcəfzadə rejissor Şamil Nəcəfzadənin atasıdır.

Filmoqrafiya
-
Ad günü Rəssam
-
Abşeron ritmləri Rəssam