Kənan Məmmədov

Operator Aktyor İkinci operator Operator assistenti

Doğum tarixi:

09 oktyabr 1946


Kənan Əzizağa oğlu Məmmədov (Kənan Əziz) Bakıda anadan olub. Pioner sarayının foto dərnəyinə üzv olub. İçərişəhərdə qonşusu olan kinooperator Xan Babayev fotoya həvəsini görüb onda operator sənətinə də maraq aşılayıb. Bir müddət (1971-ci ilə qədər) Azərbaycan Politexnik İnstitutunda təhsil aldıqdan sonra sənədlərini Moskvaya göndərib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsində təhsil alıb (1971-1976, A.Qalperinin emalatxanası).

Bir müddət Neft Sənayesi Nazirliyinin fotolaboratoriyasında işləyib. “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlayıb. ANS TV-də baş operator kimi çalışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib (1996-2002).

2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilib.

Əməkdar incəsənət xadimi (2000), Dövlət mükafatı laureatıdır (1986).

Hazırda Kanadada yaşayır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Rollarda, İkinci operator